top of page

Azərbaycan Respublikasının Dövlət Himni

 

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

 

Azərbaycan Respublikasının  Dövlət bayrağı Azərbaycan 

dövlətinin müstəqilliyinin rəmzidir. Azərbaycan Respublikasının 05 

fevral 1991-ci il tarixli 17 XII nömrəli Qanunu ilə təsbit edilmiş-

dir. Bayrağımızda olan  mavi rəng – türkçülüyün;  qırmızı  rəng

müasirlik və demokratiyanın; yaşıl rəng islamın rəmzidir. 

Aypara və  səkkizguşəli ulduz isə Ay ilə Günəşi  əks etdirən xoşbəxtlik və əbədilik ifadəsidir. 

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Azərbaycan Respublikasının  19 yanvar 

1993-cü il tarixli 460 nömrəli Qanunu ilə təsbit edilmişdir. 

Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və milli birliyinin rəmzidir. Azərbaycan Respublikasının 27 may 1992-ci il tarixli 142 nömrəli Qanunu ilə təsbit edilmişdir.

Müəllif hüquqları qorunur.Saytdakı resurslardan istifadə etdikdə istinad bildirmək mütləqdir

Əlaqə ünvanlarımız

Tel:0552448293

e-mail:yusif.ibrahimov.2000@inbox.ru

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin
 
  • Facebook App Icon
bottom of page