
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 15 fevral 1968-ci ilə qədər "Nuxa" adlanmışdı. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir.
Şəki şəhəri
Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.
2007-ci il məlumatlarına əsasən Şəki şəhərində 62499 nəfər əhali qeydə alınmışdır ki, bu da Şəki rayonu ilə birlikdə bütün əhalinin 37,33%-inə bərabərdir. 2007-ci il məlumatlarına əsasən Şəki şəhər əhalisinin 48,3%-ni kişilər, 51,7%-ni isə qadınlar təşkil edib
Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd.
Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir.
Mənbələrin verdiyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.
Şəkinin XVII əsr memarlığı da müəyyən əhəmiyyətə malik idi. Övliya Çələbinin verdiyi məlumata görə, daşdan tikilmiş gözəl Şəki qalası təpəlikdə yerləşirdi. Qalanın “Şirvan” və “Gəncə” adlanan iki darvazası vardı. Şəhərdə 3 min ev, 7 məscid vardı ki, bu məscidlərdən bazar meydanında yerləşən Mirzə Əli məscidi və qaladakı iki məscid daha çox diqqəti cəlb edirdi. Şəhərin karvansaraları, hamamları və kiçik bazarı var idi. XVII əsrdə Şəki şəhərində 20 min nəfərin yaşadığı ehtimal edilir.
1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığıRusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildəKaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.
Kaptalizmin inkişafı dövrandə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü.
1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. .
Şəkinin planıYuxarı KarvansaraŞəkiŞəki şəhərindəki məscidlərdən biri
Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.
2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.[2]
Görkəmli şəxsləri
Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı.
-
Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə — XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası
-
Mirzə Fətəli Axundov — görkəmli Azərbaycan yazıçısı.
-
Fətəli xan Xoyski - Azərbaycan Demokratik Respublikasının Baş Naziri, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).
-
Məhəmməd Şakəvi- Bütün Qafqazın birinci Seyxülislamı. Qurani Kərimi ilk dəfə Azərbaycan Türkcəsinə tərcümə etmiş alim
-
Salman Mümtaz — görkəmli Azərbaycan ədəbiyyatşünas-alimi.
-
Qasım bəy Nəbibəyov — hərbçi-podpolkovnik.
-
Bəhram bəy Nəbibəyov — hərbçi-polkovnik.
-
Hüseyn bəy Nəbibəyov — hərbçi-polkovnik.
-
Zahid bəy Nəbibəyov — hərbçi-kapitan.
-
Vahid bəy Nəbibəyov — hərbçi-kapitan.
-
Bəxtiyar Vahabzadə — Azərbaycanın xalq şairi.
-
Sabit Rəhman — Azərbaycan yazıçısı.
-
Şəfiqə Axundova — Şərqdə opera bəstələmiş ilk qadın bəstəkar.
-
Emin Sabitoğlu — Azərbaycan bəstəkarı.
-
Yaqub Mahmudov — Azərbaycan tarixçi alimi, akademik, 2000 -2005, 2005 - 2010, 2010 -2015 ci illər - ikinci, üçüncü və dördüncu çağırış Mılli Məclisin deputatı, AMEA- nın Tarix İnstitutunun direktoru, ictimai - siyasi xadim, əməkdar elm xadimi.
-
Cavanşir Quliyev — Azərbaycan bəstəkarı.
-
Cövdət Hacıyev - Azərbaycan bəstəkarı.
-
Şahid Əbdülkərimov — Azərbaycan bəstəkarı.
-
Rasim Ocaqov- Kinorejissor.
-
Lütfəli Abdullayev — Azərbaycanın xalq artisti.
-
İsmayıl Osmanlı — Azərbaycanın xalq artisti.
-
Könül Xasıyeva — müğənni.
-
Fuad Əbdürəhmanov — Görkəmli heykəltaraş
-
Cəlil Hüseyinov — Akademik
-
Cəbrayıl Hüseyinov — Akademik
-
Məcid Rəsulov — Akademik
-
Heydər Əfəndiyev — Elmlər Doktoru, Professor Akademiyanın Müxbir üzvü
-
Zülfüqar Zülfüqarov — Elmlər Doktoru, Professor Akademiyanın Müxbir üzvü
-
Mahmud İsmayılov — Elmlər Doktoru, Professor Akademiyanın Müxbir üzvü
-
Niyazi Səmədov — Elmlər Doktoru, Professor Akademiyanın Müxbir üzvü
-
Qurban Cəlilov — Elmlər Doktoru, Professor, Azərbaycan MEA Akademiyasının həqiqi üzvü
-
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu — Dilçi alim, Elmlər Doktoru,Proofessor Akademiyanın Müxbir üzvü
-
Yusifzadə Ziya Məmmədiyə oğlu — General Mayor,Azərbaycan Dövlət Milli Təhlükəsizlik Akademiyasının rektoru.
-
Abid Şərifov - Azərbaycan Respublikası Baş Nazirinin müavini.
-
Əhmədiyyə Cəbrayılov- İkinci Dünya Müharibəsinin əfasanəvi qəhrəmanı. Fransa Fəxri Leqion Ordeni mükafatçısı.
-
Mikayıl Cəbrayılov- Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi şəhidi.
-
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
-
İbrahim Əfəndi (1881-1929)- Müasir Türkiyənin məhşur Din və İctimai xadimi Mehmed Zahid Kutkunun (1897-1980) atası.
-
Aydın Məmmədov (filoloq)- dilçi, türkoloq, tənqidçi, siyasətçi,natiq.
-
Hikmət Hacızadə- Azərbaycan Respublikası Baş Nazirinin müavini, siyasi tədqiqatçı.
-
İsmayıl bəy Nakam - yazıçı,şair
-
Rəşid bəy Əfəndiyev-maarifçi,drammaturq
Filmoqrafiya
-
Azərbaycana səyahət (film, 1924)
-
İpəkçilik (film, 1928)
-
Şəki (film, 1965)
-
Şəki sarayı (film, 1965)
-
Şəki heyvandarları (film, 1975)
-
Şəki heyvandarlıq kompleksi (film, 1975)
-
Şəki (film, 1977)
-
Yaşıl möcüzə (film, 1979)
-
Təsərrüfatlararası birlik (film, 1981)
-
Azərbaycana səyahət (film, 1988)
-
Xan sarayı (film, 1993)
-
Həm ziyarət, həm ticarət... (film, 1995)
-
Tanrıya tapınan Kiş (film, 2001)
-
Şəki teatrında (film, 2006)
-
Şəki olduğu kimi (film, 2011)
Qardaşlaşmış şəhərlər
-
Türkiyə – Giresun
-
Bolqarıstan – Qabrovo
-
Belarus – Slutsk
-
Türkiyə – Lapseki
-
Ukrayna – Jmerinka
-
Türkiyə – Konya
-
İtaliya – Florensiya[4]