top of page
Günün aforizmi

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.

İstinadlar:

az.wikipedia.org

edu.gov.az

slideshare.com

youtube.com

ana-dilim.blogspot.com

azerbaycantehsili.blogspot.com(şəxsibloqum)

 

 

 

Bloqlarım:

Şəki şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nərmin Musayeva:
– Bölgələrdəki müəllimlərlə paytaxt müəllimləri arasında təcrübə mübadiləsinə, qabaqcıl tədris üsullarının yayılmasına stimul verən “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmaqla öz müəllimlik fəaliyyətimin yeni bir mərhələsinə qədəm qoyduğumu zənn edirəm. “Cəsarəti olmayanın hər zaman bəhanəsi var” – deyiblər. Bu gün maddi-texniki bazası günbəgün genişlənən məktəblərimizdə güclü müəllimin özünü göstərməsi, şagirdlərə hərtərəfli bilik və bacarıqlar aşılaması üçün hər cür imkanlar var. Bu baxımdan “Ən yaxşı müəllim” müsabiqəsi müəllimlərin həvəsləndirilməsi və rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyətə malikdir.

Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin coğrafiya müəllimi Xəyal Poladov:
– Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında hər il keçirilən “Ən yaxşı müəllim” müsabiqəsi yaradıcı müəllimlərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu müsabiqə bizi həvəsləndirir, yenilikləri öyrənməyə və tətbiq etməyə ruhlandırır.

Goranboy rayonu Səfikürd kəndi tam orta məktəbin coğrafiya müəllimi Etibar Rüstəmov:
– Mən bu il “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etməklə Göranboy rayonunda ən bacarıqlı, ən qabiliyyətli müəllimlərdən biri olduğumu sübut etdim. Müsabiqənin şəffaflığından çox razı qaldım. Özünə, təcrübəsinə güvənən hər bir müəllimi bu müsabiqədə iştirak etməyə və özünü sınamağa çağırıram.

Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbinin tarix müəllimi Ulduzə Alıyeva:
– “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etməklə pedaqoji ustalığımı və metodiki qabiliyyətimi nümayiş etdirməyə, yüksək səviyyəli mütəxəssislərimizin fikir və tövsiyələrindən bəhrələnməyə çalışıram. Tarix müəllimi kimi deyə bilərəm ki, tariximizi, Vətənimizin, xalqımızın tarixi inkişafı yollarını şagirdlərimizə çatdırmaqla yanaşı, məktəblilərin bir vətəndaş kimi düzgün istiqamətdə formalaşması fəaliyyətimin əsas qayəsidir. Müsabiqənin qalibi olsam, əldə etdiyim vəsaiti yeni hazırladığım kitabımın nəşr olunmasına sərf edəcəyəm.

Mənbə:edu.gov.az          cografiya.info

 

Şəki-Doğma Diyar
Elektron Təhsil Müsabiqəsi
Müəllif hüquqları qorunur.Saytdakı resurslardan istifadə etdikdə istinad bildirmək mütləqdir

Əlaqə ünvanlarımız

Tel:0552448293

e-mail:yusif.ibrahimov.2000@inbox.ru

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin
 
  • Facebook App Icon
bottom of page