

HƏDİYYƏNİZ KİTAB OLSUN - UŞAQLARDA KİTAB OXUMA VƏRDİŞİ
Valideynlərin savad səviyyəsinin ,peşəsinin və maddi imkanının uşaqlarda kitab oxuma vərdişinin qazandırılmasına birbaşa təsiri var. Oxuma vərdişinin təməli ailədə atılır və
daha sonra müəllimlər tərəfindən bu alışqanlıq vərdişə çevrilir.
Kitab oxuma vərdişini bu ardıcıllıqla qazandıra bilərsiniz:
*Kiçik yaşlarından uşağa xüsusi vaxt ayıraraq , onun yaşına və maraqlarına uyğun nağıl ,təmsil ,seir ,tapmacalar oxuyaraq təməli siz valideyinlər atmalısınız;
*Evdə imkan daxilində kitabxana guşəsi yaradın. Özünüz ancaq televizora baxmaqla vaxt keçirirsinizsə, heç uşağın kitab oxuyacağını da gözləməyin. Özünüz ona şəxsi nümunə olmalısınız;
*Övladınızın xoş bir gününü ,uğurunu qeyd edəndə ona olan hədiyyəniz kitab olsun. Kitabı onun yaşına və maraq dairəsinə uyğun seçin ;

*Müəllimlər şagirdlərini yaxınlıqdakı kiabxanalara və orada təşkil edilən sərgilərə vəs. yönləndirməlidirlər;
* Övladınızın ,şagirdinizin yaşına uyğun jurnala abunə olması da yaxşı effekt verə bilər.
Qeyd :İnternet olan zamanda kitaba ehtiyac yoxdur deyənlərdənsinizsə...
Kitab oxuma vərdışi ailədən gələn bir mədəniyyətdir