
Şəki şəhər 5№-li tam orta məktəb

Ünvan: Şəki şəhəri, Füzüku küçəsi 4
Yaranma tarixi: 1831
Devizi: "Hər gün artmayan bilik günbəgün azalır!"
Məktəbin pedaqoji heyətinin məqsədi "Yaddaşdan təfəkkürə, hafizə məktəbindən təfəkkürə" şüarıdır.
Bir sıra incəsənt, elm xadimləri bu məktəbdə təhsil almışdır: Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, Dəmirçizadə, Əlövsət Sadıqov, Şirməmməd Hüseynov



Son 3 ilini məzunlarından 3 nəfəri prezident təqaüdçüsüdür, 5 nəfər qızıl medalla məktəbi bitirmişdir.
Məktəbi bitirən məzunlardan hər il 50-60%-i ali məktəblərə qəbul olunur. TQDK-nın açıqladığı statistik məlumata görə 2005-2013-cü illərdə ardıcıl olaraq məktəb respublikanin ən yaxşı məktəbləri sırasına daxil edilir.
Məktəb 2011-2012-ci tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasına daxil edilmişdir.