top of page

                                        Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair
                                                                        MÜVƏQQƏTİ TƏLİMAT

                                                                                                            Azərbaycan Respublikası təhsil nazirinin 
                                                                                                                           2 sentyabr 2013-cü il tarixli 792 nömrəli
                                                                                                                               əmri ilə təsdiq edilmişdir 

Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.  

1. ümumi müddəalar

1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur.

1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir. 

2. Diaqnostik qiymətləndirmə

2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.

2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.

2.3. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır.

3. Formativ qiymətləndirmə

3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.

3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.

3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim  məqsədləri əsasında müəyyənləşdirilmiş  qiymətləndirmə meyarlarına görə aparılır.

3.4.  Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.

3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV)  ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.

3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.

3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır. 

4. Summativ  qiymətləndirmə.. http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm

Müəllimin formativ qiymətləndirmə dəftəri

Müəllif hüquqları qorunur.Saytdakı resurslardan istifadə etdikdə istinad bildirmək mütləqdir

Əlaqə ünvanlarımız

Tel:0552448293

e-mail:yusif.ibrahimov.2000@inbox.ru

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin
 
  • Facebook App Icon
bottom of page